Rəis sərəncama götürüldü, 5 polis qovuldu – Video

49

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Oxu.az xəbər verir ki, o, sərəncama götürülüb.
Hazırda Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.
Eyni zamanda, DYP-nin bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə daxili işlər orqanlarından xaric edilib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı.