Quterreşdən sərhəddəki gərginliklə bağlı AÇIQLAMA

40

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

Elchi.az xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 77-ci sessiyasının başlaması ilə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, BMT Azərbaycan və Ermənistanın atəşkəslə bağlı razılığa gələ biləcəyinə ümid edir.

“Ümid edirəm ki, atəşkəs əldə olunacaq”, – deyə Quterreş çıxışında qeyd edib.