Home XƏBƏR LENTİ Qüdrət Həsənquliyev: “Pensiya yaşını aşağı salmaq lazımdır”

Qüdrət Həsənquliyev: “Pensiya yaşını aşağı salmaq lazımdır”

0
Qüdrət Həsənquliyev: “Pensiya yaşını aşağı salmaq lazımdır”

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edərək, birinci oxunuşda səsləndirdiyi suallara ikinci oxunuşda cavab almadığını söyləyib.

Musavat.com xəbər verir ki, o, komitə sədri Musa Quliyevin səsləndiyi statistik rəqəmlərə istinad edərək aşağıdakıları söyləyib: “Azərbaycanda əhalinin 7 faizi 65 yaşına çatıb. Deməli, əhalinin yalnız 7 faizi pensiya almaq şansını saxlayır. Bu statistikadan ciddi nəticə çıxartmaq lazımdır. Deməli, pensiya yaşını aşağı salmaq lazımdır. Heç olmasa sosial müdafiə fonduna ödənilən vəsaitlər dünyasını dəyişən insanların varislərinə ödənilsin”.

Q.Həsənquliyev qeyd edib ki, deputat bir barmağını itirərsə, əmək fəaliyyətini itirmiş sayılmır, amma pianoçu barmağını itirsə, əmək fəaliyyətini itirmiş sayılır: “Yeni qanun qəbul olunduqdan sonra əlillərin sayı artacaq, yoxsa azalacaq. Müvafiq qurum tərəfindən bizə arayış təqdim olunmalıydı ki, real vəziyyət nədən ibarət olacaq? Biz də bilməliydik ki, nəyə səs veririk? Deputatlar qanunu qəbul edəndən sonra seçiciləri ilə görüşəndə suallarla üzləşəcəklər”.

Deputat bildirib ki, səsləndirdiyi məsələlərə aydınlıq gəlməsə, bu qanunun lehinə səs verə bilməz.  

Q.Həsənquliyev daha sonra Azərbaycanda keçiriləcək Avro-2020 futbol yarışlarına və bu mübarizədə qardaş Türkiyə millisinin iştirakına diqqət çəkib: “Hesab edirəm ki, bizim azarkeşlər yüksək mədəniyyət nümayiş etdirəcəklər. Biz qardaş Türkiyənin yığmasını dəstəkləməklə növbəti dəfə dostluğumuzu, qardaşlığımızı nümayiş etdirəcəyik”.

%d bloggers like this: