Qubada elektrik cərəyanı 18 yaşlı gənci vuraraq öldürüb

1

Quba rayonunda 18 yaşlı gənc ehtiyatsızlığın qurbanı olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Yerfikəndində baş verib.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Barat oğlu Babayev çöldə atası ilə qoyun otararkən əlindəki çubuğu alçaqdan keçən elektrik xəttinə vurub. Nəticədə C.Babayevi cərəyan vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.