Dekabr ayının 1-dən etibarən Gürcüstanda kinoteatr, teatr və operalara buraxılan tamaşaçıların sayı oturacaqların sayının yarısına çatdırılacaq.
Bu barədə Gürcüstanın Pandemiya ilə Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurası qərar qəbul edib.
Əvvəlki qərara əsasən, kinoteatr, teatr və operalara oturacaq sayının 20%-i qədər tamaşaçı buraxılırdı.
Qərara əsasən, dekabrın 1-dən restoranlar da gecə-gündüz, fasiləsiz işləyə biləcək.
Qeyd edək ki, Gürcüstanda restoranlar hazırda 23:00-dək işləyir.