Qırğızıstan Rusiyadakı səfərbərliklə bağlı çağırış etdi

55

Rusiyada elan edilən səfərbərlik fonunda Qırğızıstan vətəndaşları xaricdə, o cümlədən Ukraynada hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyəti daşıyacaqlar.

Elchi.az xəbər verir ki, bu barədə Qırğızıstanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, respublikanın Cinayət Məcəlləsinin 256-cı maddəsi bu əmələ görə əmlakı müsadirə olunmaqla 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Qeyd edək ki, Qırğızıstan KTMT-nin üzvüdür.