“Qazprom”: Şimal axını ilə tədarük tamamilə dayandırılıb

53

“Şimal axını” (“Nord Stream-1” – red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb. Bu gün Portovaya kompressor stansiyasında işlək vəziyyətdə qalan yeganə qaz vurma qurğusunda təmirə başlanılıb.

Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkətinin məlumatında bildirilir.

““Şimal axını” ilə tədarük tamamilə dayandırılıb və bu gün qaz vurma qurğusunda planlı-xəbərdaredici işlərə başlanılır”, – məlumatda deyilir.

Qeyd edək ki, “Nord Stream-1” Rusiya ilə Almaniya arasında magistral qaz kəmərinin Baltik dənizinin dibi ilə keçən hissəsidir.