Qazaxıstan, Qırğızıstan və Tacikistan Azərbaycana görə Aqasandyanla mübahisə etdilər?

37

“KTMT-nin dünənki iclasında gizlədilən məqamlar var. İclas haqqında ilkin mətn rəsmi saytdan bir neçə dəqiqə sonra silinərək yenisi ilə əvəz olundu. Görüşün yekunlarına dair ilkin versiyada aşağıdakılar qeyd olunurdu: (sonradan abzaslar silinib və iclasda neytral mövqenin qəbul edildiyi bəyan edilib)”.

Elchi.az-ın məlumatına görə bu barədə politoloq Zaur Məmmədov Feysbuk hesabında bildirib:

“KTMT -nın Ştab və Sekretariatının iştirakı ilə dünən baş tutan iclasda Azərbaycana və Türkiyəyə qarşı sərt fikirlər səsləndirilib. Rusiyanın KTMTdəki daimi təmsilçisi Mikael Aqasandyan :Azərbaycanın Türkiyə və guya ki NATO ilə birlikdə vəziyyəti gərginləşməsinə icazə verməyəcəklərini və bölgəyə hərbi kontingentin göndərilməsinin lazımlığını qeyd edib. Belarus nümayəndəsi Aqasandyanın fikri ilə razılaşıb.
Qazaxıstan, Qırğızıstan və Tacikistanın etirazından sonra yuxarıda deyilənləri birtərəfli fikir adlandıraraq bu cür qərara dəstək verməyəcəklərini bildirəndən sonra Mərkəzi Asiya dövlətlərinin fikri ortaq qərar kimi qəbul edilib.
Aydın məsələdir ki, Mikael Aqasandyan erməni etnik mənsubiyyətinin maraqlarından çıxış edərək subyektiv fikir söyləyib. Sirr deyil ki, Rusiya prezidenti ilə XİN və MN arasında Qafqaza yanaşmada fərqli yanaşmalar mövcuddur. Amma Aqasandyan məqsədinə çatmadı. Moskva tərəfindən balanslı bəyanat verildi.
Hər halda, dünənki hadisə bir daha göstərdi ki, Ermənistanın üzvü olduğu təşkilatlarda belə heç bir çəkisi yoxdur”.

Yeganə