Qaribaşvili Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün əhəmiyyətindən danışıb

72

Gürcüstan regionda sülhün əldə edilməsi səylərini alqışlayır və bu prosesi dəstəkləyir.

Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

O, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb.