Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Zaxarova erməni jurnalistin Ağdərə-Vardenis yolundan istifadə ilə bağlı sualına cavab olaraq bildirib: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatının 6-cı bəndinə uyğun olaraq Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir. Bunu siz də bilirsiniz”.