“Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri bəlli olur

57

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Elchi.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq.

“Köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin “Apollon” (Limassol) komandası ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi

“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) cütünün qalibi

Səpələnməmişlər

“Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi

“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi

“Apollon” (Limassol, Kipr)

2-ci qrup

Səpələnmişlər

“Srvena Zvezda” (Serbiya)

HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi

“Jalgiris” (Litva) – “Malmö” (İsveç) cütünün qalibi

Səpələnməmişlər

“Maribor” (Sloveniya) – “Şerif” (Moldova) cütünün qalibi

“Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç)

”Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

Liqa yolu

Səpələnmişlər

“Benfika” (Portuqaliya)

“Reyncers” (Şotlandiya)

“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə) cütünün qalibi

PSV (Niderland)

Səpələnməmişlər

“Monako”

“Midtüllann” (Danimarka) – AEK (Larnaka, Kipr) cütünün qalibi

“Şturm” (Qrats, Avstriya)

“Yunion” (Belçika)

Bu gün həmçinin UEFA Avropa Liqasında da III təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

“Qarabağ” İsveçrə təmsilçisinə iki oyunun yekununda məğlub olacağı halda, UEFA Avropa Liqasında Çempionlar Yolunda çıxış edəcək. Bu cütdə uduzan tərəf Çempionlar Liqasında mübarizəni dayandıran komandalardan birinə rəqib olacaq. Yalnız “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütünün Azərbaycan təmsilçisi ilə düşmək şansı yoxdur.

Yəni, “Qarabağ” / “Sürix” duelində uduzan tərəfə 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:

“Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya)
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Şkupi” (Şimali Makedoniya)
HİK (Helsinki, Finlandiya) / “Viktoriya” (Plzen, Çexiya)
“Linfild” (Şimali İrlandiya) / “Budyo Qlimt” (Norveç)
“Jalgiris” (Litva) / “Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) / “Şerif” (Moldova)
“Makkabi” (Hayfa, İsrail) / “Olimpiakos” (Yunanıstan)

Əsas Yol

Səpələnmişlər
“Partizan” (Serbiya)
“Slovaçko” (Çexiya)

Səpələnməmişlır
“Midtüllann” (Danimarka) / AEK (Larnaka, Kipr) cütünün məğlubu
“Dinamo” (Kiyev, Ukrayna) / “Fənərbağça” (Türkiyə cütünün məğlubu).