“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşib

57

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Elchi.az-ın məlumatına görə, bu turnirdəki təmsilçimiz “Qarabağ”ın potensial rəqibi müəyyənləşib.

II raundda “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi
ilə qarşılaşacaq. “Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.