“Bu məsələ Müdafiə Nazirliyinin rəhbərliyindən və onun bölgədəki komanadalığından soruşulmalıdır”
Ermənilərin son günlərdə atəşkəs rejimini mütəmadi olaraq pozması və təmas xəttində fəallaşmasının arxasında Azərbaycanı müharibəyə təhrik etmək niyyəti dayanır.
Bunu Moderator-az-a açıqlamasında Qarabağdan olan millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu ermənilərə layiqli cavab verməyə qadirdir:
“Nəinki qadirdir, Azərbaycan odrusu eyni zamanda qədim türk torpaqları üzərində yaranan erməni dövlətini və İrəvanı da ermənilərdən təmizləməyə qadirdir. Bunu ermənilər özləri də yaxşı bilir. Sadəcə ermənilər onlara havadarlıq edən beynəlxalq təşkilatlara və ölkələrə arxalanaraq öz məkrli və işğalçı siyasətini davam etdirir və atəşkəs rejimini pozurlar. Ona görə də Azərbaycan tərəfi yaranmış durumla bağlı ATƏT MQ qarşısında məsələ qaldırmalıdır və bildirilməlidir ki, onlar dinc durmur, atəşkəsi pozur və nəticədə həm hərbçi, həm də dinc insanlar dünyasını dəyişir. Hesab edirəm ki, əgər ermənilər müharibə istəyirsə, Azərbaycan tərəfi də bunu etməlidir və edəcək də… ”
Millət vəkili əlavə etdi ki, ola bilsin erməniləri buna təhrik edən qüvvələr var və bu yolla Azərbaycanı müharibəyə cəlb etmək istəyirlər ki, bunun ardınca öz planlarını həyata keçirsinlər:
“Düzdür, Azərbaycan tərəfi hər hansı təxribatdan çəkinmədən ermənilərə istənilən cavabı verməyə hazırdır və günün birində onalar bu layiqli cavabı verəcək. Amma yaranmış vəziyyət bir daha dərindən araşdırılmalıdır.”
Millət vəkilinin firkincə, bu məsələ yəqin ki, Azərbaycan rəhbərliyində ciddi müzakirə olunacaq:
“Bu məsələ Müdafiə Nazirliyinin rəhbərliyindən və onun bölgədəki komanadalığından soruşulmalıdır. Necə olub ki, bu qədər əsgər şəhid olub? 7-8 hərbçinin şəhid olması sadə məsələ deyil. Onlar snayper gülləsi nəticəsində şəhid olmayıblar. Yəqin ki, ermənilər tərəfindən əməlli-başlı hərbi əməliyyat həyata keçirilib ki, bu qədər itki verilib. Bunun cavabı sorulmalıdır və kimsə buna cavab verməlidir.”
Millət vəkili sonda onu da qeyd etdi ki, hazırda Ağcakəndədir və orada hərbi hissə komandirləri ilə görüşərək yaranmş vəziyyəti müzakirə edəcək.