Qarabağda çox sayda günəş paneli quraşdırılacaq

1

“Qarabağda təbii qaz çox məhdud həcmdə istifadə olunacaq“.

Elchi.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində İtaliyanın ölkəmizdəki səfirliyi, İtaliya Ticarət Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “İtaliya Dizayn günü” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Qarabağda çox sayda günəş paneli quraşdırılacaq:

“Yəni Qarabağ tam olaraq yaşıl enerji sahəsi olacaq”.