“Qarabağ”ın futbolçusu Kevin Medina gözləniləndən tez sıraya dönəcək.
Elchi.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, kolumbiyalı müdafiəçi həkim nəzarətində həm meydanda, həm də idman zalında bərpa məşqlərini keçir.
“Medina təxminən 6-7 gün sonra komanda ilə tədricən məşqlərə qoşulacaq. İki həftədən sonra artıq komanda ilə tam şəkildə məşq edəcək. Onun sağalma prosesi gözləniləndən tez gedir”.
Klub rəsmi onu da bildirib ki, Medina Avropa Liqasının qrup mərhələsinin son 4 matçında meydana çıxa bilər.
Xatırladaq ki, Medina iyulun 27-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında “Sürix”lə səfər oyununda zədələnmişdi.
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
Azərbaycanın üç bədii gimnastı Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində iştirak edəcək. Elchi.az xəbər verir ki,...