“Dünənki açıqlamalarda nələr vardı:
-Avropa İttifaqı təzyiq edir. Ermənistan Azərbaycan ilə sülh müqaviləsi imzalamağa çalışır.
-Araik deyir ki, Qarabağ Azərbaycan daxilində olmayacaq
-Araik deyir ki, Qarabağ haqqında Ermənistan Qarabağdan gizlin danışıq apara bilməz. Azərbaycan Ermənistan ilə 2 ildir gizli danışırmış.
-Araik deyir ki, Qarabağın təhlükəsizliyinin qarantiyası Rusiyadır.
Yəni, Araik qısaca deyir ki, biz Azərbaycana Qarabağa nəzarəti heç vaxt verməyəcəyik, Ermənistan Azərbaycan ilə bizim başımızın üstündən sülh müqaviləsi imzalaya bilməz və bizi də Rusiya qoruyur, heç kəsdən qorxumuz yoxdur”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev FB hesabında bildirib:
“Belə olan halda Azərbaycan daxilindəki Rusiya agentləri nə edirlər? Göyçə, Zəngəzur harayı salırlar. Göyçə gölünü görürlər, Zəngəzur daxil Azərbaycan xəritəsi paylaşırlar. Ermənistan ilə müharibəyə səsləyirlər.
Sual: əgər Xankəndidə oturan Araik Ermənistan bizdən xəbərsiz sülh bağlaya bilməz, bizi Rusiya qoruyur nə İrəvanı tanıyırıq, nə də Bakını deyirsə biz Ermənistana hücum etmək Qarabağı bizə necə qaytara bilər? Bunu bilə-bilə hədəfi Qarabağdqn Ermənistan respublikası ərazilərinə yönəltmək Azərbaycan xalqına xəyanət deyilmi?”.
Yeganə