“Qarabağ” klubu növbəti transferini reallaşdırıb.
Elchi.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leandro Andrade ilə müqavilə imzalanıb.
Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.
Qeyd edək ki, Andrade komandada 15 nömrəli formada çıxış edəcək.