“Yagelloniya”nın qapıçısı Luka Quqeşaşvili “Qarabağ”a keçib.
Bu barədə Gürcürstanın “goal.ge” saytı məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı qolkiperin Ağdam təmsilçisinə keçidi dəqiqləşib. Polşa klubunu tərk edən Gürcüstan millisinin üzvü “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Azərbaycan klubunun transfer üçün polşalılara nə qədər ödədiyi açıqlanmayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.