Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Qarabağ nizamlanması üzrə danışıqların nəticəsiz qalması ilə bağlı ittihamlarına cavab verib.
Elchi.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bu barədə Paşinyan parlamentdə keçirilən hökumət saatında danışıb.
“Danışıqlar prosesi 2018-ci ilin aprelində parlamentin tribunasında danışan eks-prezident Serj Sarkisyan tərəfindən iflasa uğradılıb. Üçüncü prezident deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etmək lazım deyil”,- deyən Paşinyan müxalifətə müraciət edərək, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha bəyan edib.
Çıxış zamanı baş nazirlə müxalifətçi deputatlar arasında mübahisə yaranıb.