Qanunu dəyişək, onlar ömürlük vəzifədə qalsın…

41

İctimaiyyəti narahat edən bir məqama diqqət çəkmək istərdim. Dövlətdə xidmət edənlərin yuxarı yaş həddi var. Amma buna bir çox hallarda əməl olunmur. Hər dəfə yaş həddinə çatanda xidmət müddəti artırılır. Bu əksər ali dövlət xidmətlərinə aiddir. Məncə, bu məsələ barədə düşünməliyik.

Bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

O xatırladıb ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun müzakirəsi zamanı hakimlərin ömürlük təyin edilməsini təklif edib:

“Ancaq mənim təklifim qəbul edilmədi. Məsələn, Ali Məhkəmənin sədri yuxarı yaş həddini çatıb, amma xidmətini davam etdirir. Biz qanunu pozmamalıyıq. Çünki bunu sadə insanlar görür və onlar da başlayır qanunu pozmağa. Əgər əvəzedilməz kadrlar varsa, onların yerinə başqa şəxslər tapmaq mümkün deyilsə, təklif edirəm, qanunu dəyişəcək. Belə şəxslər varsa, ömürlük xidmət etsinlər. Sağlamlıqları imkan verdiyi qədər. Yəni ən pis qanunlar belə qanunu pozmaqdan daha yaxşıdır. Hesab edirəm ki, pis nümunələrdən imtina edilməlidir”.