“Bizimlə birgə olan hər kəsə təşəkkür edirəm”
Bir neçə gün öncə doğum günün qeyd edən Lotu Quli ləqəbli azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla bağlı sosial şəbəkədə yeni videolar yayılıb.
Lotu Qulinin ad günü məclisindəki tort diqqət çəkib.
Tortun üzərində “qanuni oğru”lara məxsus 8 guşəli simvol əks olunub. Tortun ətrafında kriminal aləmin nümayəndələri dayanıb və ad günü ilə bağlı təbriklərini çatdırıblar.
Lotu Qulinin yayılan videoya münasibəti isə belə olub: “Bizimlə birgə olan hər kəsə təşəkkür edirəm”. (teleqraf.com)
Videonu təqdim edirik:
Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə...