YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov Vətənmdaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi məıhkəməy verib.
Elchi.az-ın məlumatına görə, xəbər hüquq müdafiəçisi Rüfər Səfərov ictimailəşdirib.
Onun sözlərinə görə, R.Göyüşov Ə.Əliyevi Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.
20 may 2022-ci il tarixində, saat 12:00-da Yasamal Rayon Məhkəməsində ilk prosses olacaq.
Xatırladaq ki, bir neçə ay öncə Ramiz Göyüşovun sosial şəbəkələrdə intim videogörüntüləri yayıldığından YAP onu Binəqədi rayon təşkilatının sədri vəzifəsindən azad etmişdi.