“Qalatasaray” Gedson Fernandeşi yenidən heyətinə qatıb.
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Bildirilib ki, “Benfika”nın yarımmüdafiəçisi yenidən “cim-bom”da icarə əsasında çıxış edəcək. Klublar arasında razılığa əsasən, 23 yaşlı hücumameyilli oyunçu il yarımlıq “sarı-qırmızılılar”a icarəyə verilib. Bu keçid Portuqaliya klubuna 1,5 milyon avro qazandıracaq.
Qeyd edək ki, Gedson Fernandeş ötən ilin ilk 6 ayını icarə əsasında “Qalatasaray”da keçirib.