“Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı hərbi kompaniyası dağıldı. Rus ordusu mart ayından sonra heç bir irəliləyiş əldə edə bilmədiyi kimi, avqust ayının sonundan etibarən ələ keçirdiyi əraziləri də itirməyə başladı”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
Analitik qeyd edib ki, Rusiya Ukraynanın hərbi gücünü tamamilə məhv etmək məqsədi ilə başladığı əməliyyat əks effekt verdi:
“Rusiya itkilərinin yerini doldura bilmədiyi halda Ukrayna həm əsgəri, həm də hərbi texnika baxımından itkilərini nəinki bərpa etdi, hətta daha da artırdı.
Ukrayna ordusunun Xerson istiqamətində əks hücum edəcəyini gözləyən rus ordusu istiqamətdə məcbur geri çəkilməyə başladığı bir vaxtda qıfıl Xarkov istiqamətində də hücumla qarşılaşdı. Rusiya bu istiqamətdəki qüvvələrini cənuba yönləndirdiyindən bu istiqamətdə qüvvəsi qalmadı və iki gün ərzində Ukrayna ordusu 50 km irəliləyə bildi və 700 kv.km ərazi işğaldan azad etmiş oldu. Hücumlar davam edir. Rus ordusu silah-sursatını, ölü və yaralılarını atıb qaçır. Rus ordusu bundan sonra itkilərinin yerini doldurmaq üçün daha çox adam cəlb etmək məcburiyyətindədir, hansı ki, əvvəla bu yoxdur, sonra isə onlar əvvəlkilərdən pis hazırlıqlı olacaqlar.
Müharibənin taleyi böyük ölçüdə həll edilmiş kimi təsir bağışlayır. Kollektiv Qərb fikrini qətiləşdirib və Rusiyanın tez bir zamanda məğlub olmasını istəyir. Əvvəl belə fikir var idi ki, Qərb müharibənin tez başa çatmasında maraqlı deyil, amma görünən odur ki, bu, belə deyil. Müharibə böyük ölçüdə başa çatacaq, sadəcə münaqişənin uzanması Qərbin Rusiyanı tamamilə hərtərəfli zəiflədilməsinə kimi davam edəcək”.
Yeganə