“Qərbi Zəngəzur Şərqi Zəngəzur iqtisadi zonasına birləşməlidir”-Politoloq

34

“Ermənistan Mehri vasitəsilə dəmiryolunun çəkilişini dondurub, İran isə Rəşt – Astara dəmiryolunun çəkilişini 2008-ci ildə bitirməli olsa da hələ də uzadır”.

Elchi.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov FB hesabında qeyd edib.

“Bakıda keçirilən Azərbaycan – Rusiya – İran arasında Şimal – Cənub layihəsi üzrə dövlət nümayəndələrinin görüşü pozitiv notlarla və gələcəyə hesablanan bəyanatla bitsə də, Tehran 20 ildən çoxdur ki, 164 km lik yolu tikib qurtara bilmir və Bakıda da növbəti işçi bəyanat verildi (ilin axırına qədər konkret addımlar atılmasa prosesin dondurulduğu başa düşəcək. Çünki tikintiyə artıq başlanılmalıdır). Bu tərəfdən isə, Ermənistan Mehridən keçməli olan dəmiryolu xəttinə razılıq versə də, hazırda prosesi faktiki olaraq dondurub.
İkinci məsələdə heyfslənməyə heç dəyməz Bizə də bu lazım idi.” Ermənistan adekvat deyil”, “Paşinyan Rusiya və Türkiyəni birləşdirəcək xəttə yox deyir”, “Ermənistan öhdəliklərini yerinə yetirmir”. Hələlik vaxt var və dəhlizlə bağlı danışıqlar davam edəcək.
Onsuz da bir məsələ dəqiq bəllidir. Qərbi Zəngəzur Şərqi Zəngəzur iqtisadi zonasına birləşməlidir”.

Yeganə