Qərbdən daha çox silah istəyəcəyik – Kuleba

47

Ukrayna münaqişə bitənə qədər Qərbdən silah istəməkdən əl çəkməyəcək.
Elchi.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba söyləyib.
“Bəzən insanlar məndən kifayət qədər silahımız olub-olmadığını soruşurlar. Yalnız Ukrayna qalib gələndən sonra kifayət qədər silahımız olacaq. Bu baş verənə qədər biz daha çox silah tələb edəcəyik”, – Kuleba bildirib.