Putinlə Rəisi görüşdü – YENİLƏNİB

49

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

Elchi.az  xəbər verir ki, görüş Tehranda üçtərəfli sammit öncəsi baş tutub.

Görüşdən sonra Rəisi bildirib ki, Rusiya və İran arasında əməkdaşlıq sayəsində region daha təhlükəsiz olub.

“Biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, bu, regionumuzda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün yaxşı təcrübədir”, – deyə İran Prezidenti bildirib.

Putin qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək Suriya böhranının həllinə mühüm töhfə verilə bilər.


18:00

Rusiya Prezidenti Vladimir Putinlə İran lideri İbrahim Rəisi arasında görüş başlayıb.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, görüş Prezident Administrasiyasının binasında baş tutur.