Rusiya Prezidenti Vladimir Putin rejiminin ən böyük cinayəti “faşizm” sözünün təbliğatını aparmasıdır.
Axar.az xəbər verir ki, bu fikirlə rusiyalı jurnalist Matvey Qanapolski çıxış edib.
“Bu, mənim üçün son anlayış deyil, bütün əzizlərim faşistlərin əlində həlak oldular. Buna görə mənim üçün Putin rejiminin ən böyük cinayəti gənclərlə bu oyunu oynamağa qərar verməsidir. Bilirsiniz, mənə bu təsir edir, çünki SSRİ-də faşizmə görə 30 milyondan çox insan öldürüldü”, – deyə Qanapolski bildirib.