Putini istefaya çağırırlar: Bunlar hələ kiçik qığılcımlardır…

38

“Moskva və Sankt-Peterburun 17 bələdiyyə dairəsinin bir qrup deputatı müraciət yayaraq Putini istefaya çağırıb”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli FB hesabında bildirib:

“Bundan əvvəl Moskvanın Lomonosov bələdiyyəsinin üzvləri Putini istefaya dəvət etmiş, Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin üzvləri isə Dövlət Dumasına müraciət edərək Konstitusiyanın 93-cü maddəsi əsasında prezidenti vətənə xəyanətə görə vəzifədən kənarlaşdırmağı təklif etmişdilər.
Bunlar hələ ki çox-çox kiçik qığılcımlardır.
Amma Ukraynada məğlubiyyətlər davam etdikcə (hansı ki davam edəcək) bu qığılcımların alova çevrilməsi ehtimalı var.
Xüsusən Moskva və Peterburqdakı intelligensiya və orta təbəqə nümayəndələrinin xofu üzərindən ataraq ayağa qalxması sürpriz olmaz.
Putinin hərbi, kəşfiyyat, siyasi və biznes elitalarının, yaxud onlardan bir qisminin konsensusu ilə hakimiyyətdən uzaqlaşdırılması ehtimalı da az deyil”.

Yeganə