Putindən sərhəddəki toqquşma ilə bağlı – İlk açıqlama

39

Ermənistan və Azərbaycan sərhədindəki son insidentin Qarabağla (Rusiya sülhməramlılarının məsuliyyət zonası nəzərdə tutulur – red.) heç bir əlaqəsi yoxdur.
Elchi.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Səmərqənddə keçirilən ŞƏT sammitində jurnalistlərin sualına cavab olaraq deyib.
“Son sərhəd insidentinin Qarabağla ümumiyyətlə heç bir əlaqəsi yoxdur, bu, tamam başqa regiondur, Ermənistan-Azərbaycan sərhədidir”, – Putin bildirib.
O vurğulayıb ki, bu konfliktin lokallaşmasında həm də Rusiyanın təsiri oldu:
“Biz baş verənlər və itkilərə görə, əlbəttə ki, təəssüf edirik. Xüsusilə və ilk növbədə Rusiyanın da təsiri ilə bu münaqişə lokallaşdırıldı, ümid edirəm ki, bu, belə də davam edəcək”.