Putin yeni qanun imzaladı

52

Rusiya prezidenti Vladimir Putin Rusiya KİV-lərinin fəaliyyətini qadağan edən ölkələrin mətbuat təşkilatlarına qarşı oxşar tədbirlərin görülməsinə imkan verən qanun imzalayıb.

Elchi.az xəbər verir ki, bu barədə məlumat Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunub.

Qanuna görə, müvafiq olaraq, Rusiyada xarici media qurumunun akkreditasiyası və ya lisenziyası ləğv edilə, fəaliyyəti qadağan edilə bilər. Bundan başqa, Putinin imzaladığı qanuna əsasən, Rusiya vətəndaşlarının həyatı, sağlamlığı və varlığı üçün təhlükə yaradacaq, dövlət asayişini pozacaq xəbərlər yayan media qurumlarının fəaliyyəti dayandırılacaq. Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yayan media qurumları da bu tədbirə məruz qalacaq.