Sentyabrın 29-da Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə görüşəcəklər.Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları görüş zamanı ticari-iqtisadi tərəfdaşlıq məsələlərini, Suriya, Livan, Əfqanıstan və Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər.
Onlar bir sıra digər aktual beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsi aparacaqlar.