Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər

2
   Putin və Ərdoğan    Cənubi Qafqazda    vəziyyəti müzakirə edəcəklər

Sentyabrın 29-da Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə görüşəcəklər.Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları görüş zamanı ticari-iqtisadi tərəfdaşlıq məsələlərini, Suriya, Livan, Əfqanıstan və Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər.

Onlar bir sıra digər aktual beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsi aparacaqlar.