“Putin Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla “Qazprom”un problemlərini artırıb”

56

“Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller deyib ki, Rusiyanın qarşıdakı 100 ilə qədər qaz ehtiyatları var: “Rusiya 2120-ci ildə də qaz tədarük edə biləcək. İstehlakçılarımız, ruslar ucuz etibarlı enerji resursuna çıxış əldə edəcəklər”. Miller əlavə edib ki, uzun illər işləyə və ölkəni qazla təmin edə biləcək bir sıra yataqlar haqqında məlumatlar var”.

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:

“Kreml sahibi Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla ölkəsinin ən nəhəng şirkəti olan “Qazprom”un problemlərini artırıb, gəlirləri azalıb. Rusiyaya qarşı sərt sanksiyalar varkən, “Qazprom” Avropa kimi böyük bazardan məhrum olub. Şirkət bu bazarda faktiki inhisarçı idi. Doğrudur, Rusiya Ukraynaya qarşı müharibəni dayandırarsa və işğaldan vaz keçərsə Avropa yenidən Rusiyadan qaz almağa başlaya bilər. Sadəcə, Putin işğaldan vaz keçəcəkmi – əsas sual budur”.

Yeganə