Putin Ukraynanın cəsarətini qiymətləndirmədi – Berns

54

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi yalnız uğursuzluqdur.

Elchi.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.

“Rusiya Prezidenti Vladimir Putin ukraynalıların cəsarətini və döyüş qabiliyyətini qiymətləndirmədi. Bu müharibənin son fəsli hələ yazılmasa da, Putinin müharibədəki nəticələri uğursuzluqdan başqa bir şey deyil. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə işğalçı ordunun zəifliyini göstərməklə yanaşı, həm də iqtisadiyyata və rusların gələcək nəsillərinə ziyan vurdu”, – Berns bildirib.