Putin Şoyqunu prosesdən uzaqlaşdırıbsa… – Ekspert

60

Vladimir Putin başa düşür ki, hərbi əməliyyatların gedişində nə isə düzgün deyil.

Elchi.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiya müdafiə naziri Sergey Şoyqunun Ukraynaya qarşı müharibədəki problemlərə görə rəhbərlikdən uzaqlaşdırılması ilə bağlı məlumatı şərh edərkən deyib.

Jdanov bildirib ki, hazırda Rusiyada vəziyyət 1945-ci ilin aprelində olduğu kimidir:

“Bu, bizim üçün çox yaxşı əlamətdir. Şoyqu Putinin ən yaxın dostu olub və birlikdə istirahət ediblər. Putinin komandasından heç kim Şoyqu qədər onunla yaxın dostluğu olduğunu nümayiş etdirməyib. Əgər Putin həqiqətən də onu uzaqlaşdırıbsa, deməli, bu, çox yaxşı əlamətdir”.

O bildirib ki, uzun müddətdir Rusiya Federasiyasında Baş Qərargah rəisi və digər komandirlər haqqında heç nə danışılmır. Yəqin ki, onlar ya yoxa çıxıb, ya da təmizləniblər.