Putin Şavkat Mirziyoyevi “Aleksandr Nevski” ordeni ilə təltif edib

31

Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi “Aleksandr Nevski” ordeni ilə təltif edib.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Putin müvafiq fərman imzalayıb.

Şavkat Mirziyoyev Rusiya ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə “Aleksandr Nevski” ordeni ilə təltif olunub.