Putin, Rəisi və Ərdoğan birgə bəyanat imzalayacaq

53

Rusiya prezidenti Vladimir Putin və onun İranla Türkiyədən olan həmkarları İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan Tehranda görüş zamanı birgə bəyanat qəbul edəcəklər, onun layihəsi artıq hazırlanıb.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildiri.

“Tehranda keçirilən Astana formatı sammitinin yekunlarına əsasən, birgə bəyanatın qəbul edilməsi nəzərdə tutulur. Layihə hazırlanıb, demək olar ki, artıq razılaşdırılıb. Onun qəbulu üç prezidentin görüşündən dərhal sonra elan olunacaq”, – Uşakov bildirib.

Xatırıladaq ki, liderlərin Tehran görüşü bu həftə keçiriləcək.