Rusiya Prezidenti Vladimir Putin Qarabağın Azərbaycan ərazisi olduğunu vurğuladı. Əvvəl də Putin bu haqda danışmışdı, ancaq daha yumşaq formada. Putinin Qarabağın Azərbaycana aid olması barədə vurğusu təsadüf deyil. Putin dəqiqliklə qeyd etdi ki, ermənilər bütün Qarabağı itirir.
Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Ermənistanda hakimiyyət uğrunda mübarizə getdiyi vaxt Azərbaycan Prezidenti İlham Əliyev daha çox iş görür: dəqiq vurğu, bəyanat, gələcəklə bağlı. Əlbəttə, yaxın gələcəkdə erməni və azərbaycanlıların birgə, sülh şəraitində yaşaması çətin görünür. Hazırda Ermənistanda vəziyyət çətindir və bu, ölkə daxilində yanlış dəyərləndirmələrin nəticəsidir. İndiyə qədər erməni mediasından çoxsaylı məqalələr oxuyuram və təəccüblənirəm ki, onlar vəziyyəti necə interpretasiya edirlər, nə baş verdiyini heç cür anlamırlar”.