Putin Paşinyanla görüşəcək: Bəyanatların icrası…

54

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Elchi.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Vladivostok İqtisadi Forumu çərçivəsində keçiriləcək görüşdə onlar üçtərəfli bəyanatların icrasını müzakirə edəcəklər:
“Rusiya üç ölkə lideri arasında imzalanmış üçtərəfli bəyanatlar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli yardımını davam etdirir”.