Putin Köçəryanla danışdı – İddia

1

Ermənistanın eks-prezidenti Robert Köçəryan Moskvada olduğu zaman Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, görüş bir saat davam edib. Görüş onlayn rejimdə aparılıb.

Agentlik danışığın keçən həftə Köçəryanın Moskvaya səfəri zamanı baş tutduğunu bildirib. Tərəflər arasında əsas müzakirə mövzusu Ermənistan və regiondakı situasiya olub.