“Putin bununla Paşinyana gözdağı vermək istəyir”

50

“Rusiya prezidenti Vladimir Putin erməni dostu Robert Köçəryanı ad günü münasibətilə təbrik etməyi heç zaman unutmur, bu il də ona zəng etdi”.

Elchi.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında bildirib:

“Hər təbrikdən sonra Köçəryanın mətbuat katibi erməni cəmiyyətinə elan edir ki, Rusiya prezidenti Ermənistanın keçmiş prezidentini təbrik edib, sanki bununla baş nazir Nikol Paşinyana gözdağı vermək istəyirlər. Köçəryan Paşinyana qarşı yürüşlər və mitinqlər təşkil edəndə Kreml sahibinin təbrikləri böyük ehtimalla baş nazirin sinirlərinə toxunurdi, indi isə onun vecinə də deyil, çünki keçmiş prezidentin gücü və tərəfdarları əriyib”.

Yeganə