Prezidentin vəzifədən çıxardığı rektoru o əvəz edəcək

59

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.

Elchi.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.

O, universitetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.