Prezidentin köməkçisi Laçındakı ermənilərdən YAZDI

50

Laçının işğalı və talan edilməsindən sonra Yaxın Şərqdən olan ermənilər bu ərazilərdə qanunsuz məskunlaşdırılıb.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviter hesabındakı paylaşımında qeyd edib.

“Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında “Times” qəzetində reportajı. İşğaldan sonra ermənilərin Yaxın Şərqdən köçürülməsi yolu ilə qanunsuz məskunlaşddırılması aparılıb. Əlyazmalar yanmır”, – paylaşımda qeyd olunub.