Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada
bənzəri yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.
“Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik”, – Prezident İlham Əliyev vurğulayıb.