Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Gənclər üçün Prezident Mükafatı”na 4 gənc alimin
namizədliyini irəli sürəcək. Bu barədə qərar noyabr ayının 19-da AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub. Namizədlər AMEA-nın İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri institutları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Gəncə Bölməsinin elmi nəticələri ilə fərqlənən gəncləridir.Xatırladaq ki, “Gənclər üçün Prezident Mükafatı” ölkə başçısı İlham Əliyevin 2 iyul 2013-cü il tarixli fərmanı ilə təsis olunub. Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. Namizədlər müvafiq ekspert komissiyasına təqdim olunan 14 nəfər arasından seçildikdən sonra Rəyasət Heyətinə təklif edilib.
Sədi Nəbiyev