Prezident İlham Əliyev: Azərbaycan-Misir münasibətləri inkişaf edəcək və genişlənəcək

36

“Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur”.

Elchi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Misirin milli bayramı – İnqilab Günü münasibətilə ünvanladığı məktubda bildirilib.

“İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcək”, – Azərbaycan dövlət başçısı qeyd edib.