Prezident Azərpaşa Nemətovla bağlı sərəncam imzaladı

53

Azərpaşa Zəfər oğlu Nemətov “Şərəf” ordeni ilə təltif edilib.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, sabah A.Nemətovun yubileyidir – onun 75 yaşı tamam olur.

Teatr rejissoru, Xalq artisti Azərpaşa Nemətov 2016-cı ildən Akademik Milli Dram Teatrının direktoru vəzifəsində çalışır.