Prezident 2021-ci il dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

55

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib.

Elchi.az-ın xəbərinə görə, 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285,0 min manat, xərclər 27 422 420,2 min manat məbləğində olmaqla təsdiq edilib.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq istifadə ediləcək.