İmkan verməyəcəm ki, məni həbs etsinlər.
Elchi.az xəbər verir ki, bunu Varşavadan Kiyevə gələn Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
Poroşenko bildirib ki, Peçersk Rayon Məhkəməsinə gedəcək.
“Birincisi, mən həbs olunmayacağam. İkincisi də buna imkan verməyəcəyəm. Mən Timoşenko (Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko – red) deyiləm”, – Poroşenko bildirib.
Bu gün Kiyevin Peçerski Rayon Məhkəməsi dövlətə xəyanət maddəsi üzrə Poroşenkonun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxacaq.
Hazırda isə keçmiş prezident Poroşenkonu qarşılamaq üçün tərəfdarları Kiyevin “Julyanı” aeroportuna toplaşıblar.
Poroçenko artıq Kiyev aeroportunda pasport yoxlamasından keçib.